Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
Unikal.org xəbər verir ki, bu vəzifəyə əməkdar jurnalist İbrahim Məmmədov təyin edilib. Bununla bağlı Baş nazir Əli Əsədov əmr imzalayıb.
Qeyd edək ki, İbrahim Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini vəzifəsində işləyib, "Günün nəbzi" və "Həftə" analitik proqramının aparıcısı olub.