“Ölkə bütün dünyanın diqqət mərkəzində olacaq”
12:57 23-10-2012
CƏMİYYƏT
“Ölkə bütün dünyanın diqqət mərkəzində olacaq”
“Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Bakıda keçirilməsi, ilk növbədə, bu sahənin Azərbaycanda dəyərləndirilməsi kimi qiymətləndirilir”
Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisinin sözlərinə görə, Azərbaycan internet sahəsində ən qabaqcıl ölkələrdən biridir, internet istifadəçilərinin sayına, internetin tətbiqinə, yayım məsələsi və digər imkanlarına görə bölgənin tanınmış ölkələrindəndir. "Beynəlxalq aləm də Azərbaycanda internetin vəziyyətini dəyərləndirərək bu beynəlxalq konfransın Bakıda keçirilməsinə qərar verib".
Onun sözlərinə görə, bu, həm də Azərbaycanda internetin inkişafına ciddi təkan verəcək. "Bütün beynəlxalq internet idarəçilərinin, Avropanın bu sahə üzrə dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin bu forumda iştirakı gələcəkdə Azərbaycanda internetin inkişafını daha da stimullaşdıracaq və bu sahənin inkişafına dəstək verəcək. Əlbəttə, Azərbaycanda həmin günlərdə sərginin də keçirilməsini nəzərə alaraq, ölkə bütün dünyada internet istifadəçilərinin diqqət mərkəzində olacaq".
PA rəsmisi, həmçinin qeyd edib ki, Azərbaycan yaranmış fürsətdən istifadə edərək öz imkanlarını nümayiş etdirəcək, eləcə də mövcud sahənin inkişafı ilə bağlı beynəlxalq təcrübəni öyrənib gələcəkdə respublikada tətbiq edəcək.
Xatırladaq ki, noyabrın 6-dan 9-dək Bakıda Beynəlxalq İnternet İdarəçiliyi Forumu keçiriləcək. Forumun Azərbaycanda keçirilməsi ölkəmizdə internetə, sosial mediaya olan dəstəyin bariz nümunəsidir.
Əli Həsənov həmçinin müxalifətçi gənclərin keçirtdiyi aksiyaya da münasibət bildirib:-“Azərbaycanın sağlam gəncliyinə çağırış edirik ki, belələrinə təsir göstərsinlər və onların sıralarında belə məsuliyyətsiz, qanun keşikçilərinin çağırışlarına tabeçilik nümayiş etdirməyən belə gəncləri özləri tərbiyə etsinlər”.
Onun sözlərinə görə, 200-ə qədər gəncin qanunlara meydan oxumağa cəhd göstərməsi və müvafiq olaraq onların qarşısının alınması bütün dünya ölkələrində baş verən hadisədir.
"Biz bunu, ilk növbədə, o gənclərin məsuliyyətsizliyi kimi və onları bu işə təhrik edən insanların məsuliyyətsizliyi kimi dəyərləndiririk. Nə belə hallarla Azərbaycan dövlətini sarsıtmaq olar, nə onun polisini öz fəaliyyətindən çəkindirmək olar, nə də mövcud sabitliyi pozmaq olar. Biz belə halları görmüşük və bundan sonra da belələri olacaqsa, qarşısı alınacaqdır", - PA rəsmisi vurğulayıb.
Siyasi müxalifətin bu qəbildən olan hadisələrdən istifadə etmək cəhdlərinə gəlincə isə, Həsənov bildirib ki, onlar həmişə belə hallardan istifadə etməyə çalışıb, həmişə belə gəncləri bu işlərə təhrik edərək onların arxasında öz siyasi fəaliyyətlərini reallaşdırmağa çalışıblar. "Bu da baş tutmayıb və bundan sonra da baş tutmayacaq", - şöbə müdiri qeyd edib.
Xatırladaq ki, Azərbaycanın bəzi müxalifət partiyalarının gənc üzvləri oktyabrın 20-də Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstəriblər.
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44