Kəmaləddin Heydərov Riçard Morninqstarı qəbul edib
13:13 24-10-2012
CƏMİYYƏT
Kəmaləddin Heydərov Riçard Morninqstarı qəbul edib
Azərbaycan və ABŞ fövqəladə hallar qurumları arasında əməkdaşlıq müzakirə olunub
Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstarı qəbul edib.
Kəmaləddin Heydərov ilk növbədə ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayıb.
Kəmaləddin Heydərov Riçard Morninqstarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Görüş zamanı Riçard Morninqstara respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Ötən illər ərzində Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.
Riçard Morninqstar da öz növbəsində ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21