Meksikada 500 milyon barelə yaxın neft ehtiyatı aşkarlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkənin son 30 ildə kəşf edilən ən böyük neft ehtiyatı olub.
Sahədə ilk quyu iyun ayında açılıb və hal-hazırda gündəlik 4500 barel neft çıxarılır. Məlumata görə, 34 km²-lik ərazidə 11 quyu açılacaq.