Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, Odessa vilayəti polisinin yaydığı məlumata görə, yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb, 8 nəfərin taleyi isə naməlum olaraq qalır.
Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir.
Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə əlaqədar dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.