ABŞ-ın Mayami şəhərində Maurisio Katellanın “divara vurulmuş banan” əsəri 120 min dollara (200 min manat) satılıb.
Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki, “komediyaçı” adı verilən bu sənət əsəri 3-cü dəfə 150 min dollara (255 min manat) satışa çıxarılıb.
Həmin sərgidə iştirak edən digər rəssam David Datuna isə Katellanın əsərindəki bananı götürərək yeyib. O bu hərəkətini “ac sənətçi” olaraq adlandırıb.