İngiltərənin Şeffild şəhərində 14 yaşlı müsəlman qıza İslamofobiyaya məruz qalıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı ingilis qadın gənc qıza hücum edərək onu yerdə sürüyüb və döyüb. Bu zaman ətrafdaki insanların əksəriyyəti hadisəni izləməklə kifayətləniblər. Sadəcə bir neçə şəxs dini ayrı-seçkiliyə məruz qalan qızı qurtarmağa çalışıb.