İngiltərənin Kent şəhərində maraqlı cinayətin üstü açılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sevgilisi Ceremi Lonq ilə eyni evdə yaşayan Holli Çesemen adlı qadın narkotik almaq üçün kişiləri evinə çağıraraq soyunmalarını söyləyib və digər otaqda gözləyən sevgilisi isə həmin şəxsləri döyərək pullarını alıb. 32 yaşlı qadın eyni zamanda hamilə idi, lakin bu onun üçün kişilərə tələ qurmasına mane olmayıb. 

Zalım cütlük bəzən insanların avtomobil və evlərinin açarlarını da götürərək onların evlərinə gedib dəyərli əşyaları oğurlayıblar. 

Cinayətkar qadın 6 il həbs cəzasına məhkum edilib.