Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu,dövlətimizin iqtisadi, sosial, hərbi, ideoloji əsaslarını fədakarlıqla yaradan Heydər Əliyev həm sovet dövründə, həm müstəqillik ərəfəsində, həm də müstəqillik dövründə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib.
Unikal.org xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə gedən yol da Ulu öndərin adı ilə bağlıdır. O dahi şəxsiyyət həm də milli xilaskarımızdır. Azərbaycan xalqının taleyi yad əllərə düşəndə, müxtəlif ranqlı rəhbərlər fərarilik edəndə millətə, ölkəyə, yenicə zəif müstəqillik addımlarını atan dövlətimizə ümummilli liderimiz Heydər Əliyev sahib çıxdı. Hakimiyyətə gəlməyin yeganə yolunu seçkilərdə görən Ulu öndərimiz Yeni Azərbaycan partiyasını yaratdı.Ömrünün qalan hissəsini xalqına bəxş edən Heydər Əliyev dünyasını dəyişən ərəfədə də xalqını düşündü, onun tale məsuliyyətini özü qədər inandığı cənab İlham Əliyevə tapşırdı. Artıq 16 ildir ki, ümummilli liderin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası cənab Prezident İlham Əliyevin fəaliyyətində yaradıcılıqla davam etdirilir, Azərbaycanı Beynəlxalq miqyasda tanıdır,təsdiq edir
Bu fikirləri “Heydər Əliyev idarəetmə məktəbi”nin geniş tərkibli məşğələsində İdarəetmə məktəbinin təsisçisi, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dinləyicilərin diqqətinə çatdırıb.
“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin əsasıdır” mövzusuna həsr olunmuş məşğələ başlamazdan əvvəl iştirakçılar Heydər Əliyevin siyasi və ideoloji irsini, həyat və fəaliyyətini,bölgələrə səfərlərini əks etdirən sərgiyə baxıblar, filmə tamaşa ediblər.
Əbədiyyətə qovuşmuş Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev, şəhər 5 saylı tam orta məktəbin müəllimi Nailə Abdullayeva,rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, gənclərin inkişafı və karyera mərkəzinin direktor əvəzi İsmayıl Faxtiyev, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Kərimov əsas mövzudan doğan müxtəlif istiqamətli çıxışlar ediblər.
Rayon təhsil şöbəsinin keçirdiyi inşa yazı müsabiqəsinin I,II,III yeri tutan qalibləri mükafatlandırılıb. Ümummilli liderə həsr olunmuş inşa yazı müsabiqəsində birinci yerə layiq görülən Buynuz kənd tam orta məktəbinin şagirdi Nəsirzadə Ayna inşa yazısını təqdim edib.