Dekabrın 13-də Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi talassemiyadan əziyyət çəkən uşaqlar üçün gömrük xidməti əməkdaşları arasında keçirilən qanvermə aksiyası çərçivəsində qan veriblər.

Unikal.org xəbər verir ki, aksiya Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankından ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən könüllülük prinsipi ilə təşkil edilib.
Müvafiq tibbi yoxlama prosedurlarından sonra Akademiyanın əməkdaşlarından qan götürülüb.