Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavinini  təltif edilib.

Unikal.org xəbər verir ki, ölkə başçısı bununla bağlı imzaladığı sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Şərif oğlu Mövsümov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.