Sabah "Azərsu" ASC-nin aparacağı təmir-quraşdırma işləri ilə əlaqədar olaraq Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsində nəqliyyat vasitələrində hərəkətində məhdudiyyət tətbiq ediləcəyi üçün, 104 nömrəli müntəzəm marşrutun və digər nəqliyyat vasitələrinin hərəkət istiqaməti alternativ küçələrlə təşkil ediləcək.
Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.