Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov barələrində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib.
Unikal.org apa-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxslər şikayət verməkdən imtina ediblər.
Xatırladaq ki, adıçəkilən şəxslər barəsində bir neçə gün əvvəl Səbail rayon Məhkəməsi tərəfindən dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.