"Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 nəfər müraciət edib".
Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb: "11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".
M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərin 1042 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 829 nəfəri isə imza vərəqələrini artıq götürüb, 60 nəfəri qaytarıb, 1-i isə qeydə alınb. 29 nəfər seçkilərdə iştirakını dayandırıb”.