Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 15 156 bələdiyyəyə seçilən üzvlərin sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. 

Onun sözlərinə görə, 15 154 nəfər artıq seçilib: “Digər iki namizədin səsi bərabər olduğu üçün onlar seçilməmiş sayılır. Bu istiqamətdə araşdırmalar gedir və yəqin ki, sonda nəticələr dəyişə bilər”.