“Mən deputatlığa namizədliyimi irəli sürməyəcəm”.
Unikal.org Real tv-yə istinadən xəbər verir ki, bunu Baş nazirin sabiq müavini Əli Həsənov bildirib.
Ə. Həsənov deyib ki, deputatlığa namizədliyini vermək fikrində olmayıb: “Mən sovet dövründə istəməyə-istəməyə deputat seçilmişəm. İkinci dəfə isə 1995-ci ildə İsa Qəmbərin alternativi olaraq deputat mandatı qazanmışam”.