Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Unikal.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə S.Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Məlumatı DİN-in mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.