Cari ilin yanvar-noyabr aylarında Azərbaycana gələn əcnəbilərin 40,8 faizi hava nəqliyyatından istifadə edib.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4 faizi ölkəmizə dəmir yolu və avtomobil, 0,8 faizi isə su nəqliyyatı ilə gəlib.