İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib.

Unikal.org xəbər verir ki, onlar AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında gizli səsvermə nəticəsində seçiliblər.

Nəticəni Hesablama komissiyasının sədri Urxan Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ramiz Mehdiyev hər iki birinci vitse-prezidenti təbrik edib.

Xatırladaq ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.

Qeyd edək ki, bu vəzifə akademiyada yeni təsis edilib.

*** 13:35

AMEA-nın illik ümumi yığıncağında Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Unikal.org xəbər verir ki, bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

Təklif qəbul edilərək namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

Səsvermə üçün akademiyanın üzvləri fasiləyə çıxıb.