“Nəqliyyat Agentləri” könüllüləri balaca həmkarları ilə birgə bayram əhval-ruhiyyəli görüş keçirib.

Unikal.org xəbər verir ki, canlı svetofor Xalid Musayev və onun balaca dəstəkçiləri ilə maraqlı görüş baş tutub.

Görüşdə nəqliyyat sahəsinə maraq göstərən balaca dostlarımız yol nişanları, təhlükəsizlik qaydaları və ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı bilik və bacarıqları nümayiş etdiriblər. Balaca dostlarımız yeni ilə olan arzularını dilə gətirərək, piyada yönümlü, avtomobillərin daha az, ictimai nəqliyyatın daha çox istifadə edildiyi bir şəhər mühiti istədiklərini bildiriblər.

Eyni zamanda, balaca dostlarımızın Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi işlərə olan maraqlarını nəzərə alaraq, gələcəkdə onların Agentliyin müxtəlif struktur bölmələrinə tanışlıq turlarının təşkili həyata keçiriləcək.