Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayevdən kömək istəyib.
Unikal.org xəbər verir ki, Z.Rzayev bunu “İri Plan” “Youtube” kanalına müsahibəsində deyib.
O, müsahibəsində qeyd edib ki, Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda olub. Tovuz polisi Z.Rzayevdən qatili tapmaları üçün kömək istəyib:
“Məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır”.