Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində “Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.