Çində ortaya çıxan və bu günə qədər ən azı altı adamın ölümünə səbəb olan “Korono” virusu təhlükə yaymağa davam edir. Sözü gedən virusa tutulan çinli vətəndaşın ABŞ-dakı xəstəxanaların birində müalicə aldığı açıqlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çindən ABŞ-ın Sietl şəhərinə gedən həmin şəxsdə virus tapılan zaman dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ölümcül virusla bağlı ABŞ və bir çox Asiya ölkəsi Çindən səyahət edən sərnişinlərinin müayinəsi üçün tədbirlər görür.
Ümumdünya Səhiyyə Təşkilatı dünya xəstəxanalarını daha böyük bir epidemiyaya qarşı xəbərdar edib.
Gülayə Mecid