Çində yayılmış ölümcül koranavirus artıq başqa iki ölkədə - Vyetnamda və Səudiyyə Ərəbistanında da müşahidə edilib.
Unikal.org xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Vyetnamın Səhiyyə Nazirliyindən verilən xəbərə görə, analizlər iki Çin vətəndaşında xəstəliyin olduğunu təsdiqləyib. Ata və oğul yüksək temperaturla xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, Səudiyyə Ərəbistanının cənubunda işləyən hindistanlı tibb bacısında da xəstəliyin əlamətləri müşahidə edilib. Hindistan rəsmilərinin məlumatına görə, karantində olan 100 qadın analiz verib. Onlardan yalnız birində xəstəlik təsdiqlənib və hazırda o, müalicə alır.
Bəzi mənbələr virusun artıq Avropada müşahidə edildiyini də qeyd edir.