Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Dəniz Baykal “donuz qripi”nə tutulub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış siyasətçi yüksək temperatur və halsızlıq şikayəti ilə xəstəxanaya yerləşdirilib. İlin müayinə zamanı onun “donuz qripi”nə tutulduğu aşkar edilib.
Hazırda Baykal həkim nəzarətində saxlanılır.