Ankarada Nurhan S. 10 yaşlı oğlu Osman S.-ni öldürüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, oğlunu qulaq əməliyyatı edildiyi xəstəxananın tualetində boğaraq öldürüb. Nurhan S.-nin sözlərinə görə, oğlu xəstəxanada ikən çox ağrıdığını və birlikdə dua oxuyub ölmək istədiyini deyib. Qatil ana hadisəni "Öləndə cənnət gedəcək deyə etdim. Peşmanam" sözlərini deyib.

Nurhan S. ömürlük həbs cəzasına məhkum edilib.