Çində yeni növ koronovirusa yoluxanların sayı 830-a çatıb.
Unikal.org-un verdiyi xəbərə görə, bu barədə Çinin regionlarının gigiyena və sağlamlıq məsələləri üzrə komitələrinin məlumatında deyilir.
Məlumata əsasən, yeni növ koronavirus 25 nəfərin ölümünə səbəb olub. Qeyd edilir ki, yeni növ koronavirusa yoluxanlardan 177-nin vəziyyəti ağırdır, 34 nəfər isə artıq sağalıb.
Digər tərəfdən, epidemiyadan əziyyət çəkənlərlə t'masda olanların sayı 8 min 420-ə yüksəldi, virusa yoluxma təhlükəsi olanların sayı 1072-ə çatıb.