Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykal Ankara şəhər xəstəxanasına yerləşdirilib.
Unikal.org xəbər verir ki, həkimlər yüksək hərarət və halsızlıqdan əziyyət çəkən 81 yaşlı Dəniz Baykala qrip diaqnozu qoyublar.
Onun müalicədən sonra evə buraxılacağı bildirilib.