Türkiyə şou-biznesinin məşhur simaları Bakıya gəlib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Nihat Doğan, Ebru Yaşar və Doğuşdan gedir.
Müğənnilərin Bakıda keçirilən dəbdəbəli toyların birində iştirak etdiyi bildirilir. Toyda səhnə alan ifaçılar arasında Azərbaycan şou-biznesindən Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxanla yanaşı, Zamiq Hüseynov və Namiq Qaraçuxurlu da var.