Bu gün səhər saatlarında metronun "Gənclik" stansiyasında qadının halı pisləşib.
Unikal.org xəbər verir ki, təxminən saat 08:50 radələrində Nərminanovdan Gənclik stansiyası istiqamətində hərəkət edən qatarda olan sərnişin 1991-ci il təvəllüdlü S.Qasımovanın təzyiqi düşüb. Stansiyaya çatan qatardan düşürülən xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırılıb. 29 yaşlı qadına ilkin tibbi yardım göstərilib. Özünə gələndən sonra təcili tibbi yardım əməkdaşları maşınla S.Qasımovanı işlədiyi Binəqədi rayonu Ə.Naxçıvanı küçəsinə aparıblar.
Famil Fərhadoğlu