"YAP müxalifətdə olanda..."
14:14 06-11-2012
SİYASƏT
"YAP müxalifətdə olanda..."
"YAP, bir taşkilat olaraq Azərbaycan siyasətinə özü ilə birlikdə bir sıra yeniliklər gətirib.
YAP müxalifətdə olduğu dövrdə birmənalı olaraq dövlətçilik mövqeyində dayanmış, hakimiyyətdə olan dairələrin əməllərini, onların xalqa zidd siyasətini tənqid etməklə yanaşı, Azərbaycanın maraqlarına ziyan vuracaq hər hansı hərəkətə yol verməmişdir".
Bunu YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O, bu halı indiki müxalifət partiyalarında müşahidə etməyin mümkün olmadığından təəsüfləndiyini bildirib: "YAP-ın siyasətinə müxalif olan bəzi partiyalar tənqidlə təhqiri eyniləşdirməklə bərabər, ölkədaxili məsələləri yerli-yersiz beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmağa çalışır və bir növ öz ölkəsindən xarici təşkilatlara şikayətçi rolunu oynayır. Müxalifət partiyalarının bu əməlləri onların ölkə daxilində sosial dayaqlarının zəifliyinə dəlalət edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, müxalifət nümayəndələrinin yerli-yersiz "şikayətləri"nin heç bir əsası olmur. Onlar uydurduqları yalan məlumatları müxtəlif xarici təşkilatlara göndərməklə, əslində düşmən Ermənistanın anti-Azərbaycan təbliğat maşınına yardım etmiş olurlar. Bu cür hərəkətlər müxalifətçilik deyildir, Vətənin maraqlarına zərbə vurmaqdır".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35