Bakının Nəsimi rayonu ərazisində, metronun “28 may” stansiyasının qarşısı, Cəfər Cabbarlının heykəlinin ətrafını hasara alıblar.

Unikal.org xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, həmin ərazidə tikinti-təmir işləri aparılır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır.

“Məqsəd tunel konstruksiyasının mühafizəsini ətraf mühitin təsirlərindən qorumaqdır. Bakı meriyasından icazə alınıb.

İşlər yekunlaşdıqdan sonra kiçik bir havalandırma köşkü də olacaq. Bu, ətraf mühitin görünüşünü daha da gözəlləşdirəcək”, - deyə Bəxtiyar Məmmədov bildirib.