Britaniya meteoroloqları xəbərdarlıq edirlər ki, Britaniya adaları “Kiara”dan sonra “Dennis” qasırğası ilə üzləşəcək.

Unikal.org xəbər verir ki, proqnozlara görə, yeni qasırğanın Danimarka və Baltik dənizi istiqamətində hərəkət edəcəyinə baxmayaraq, o, “Kiara”nın keçdiyi regionları – İrlandiyanı, Böyük Britaniyanı, Fransanın şimal-qərb sahillərini və Benelüks ölkələrini cənginə alacaq.

Qərbi Avropa “Kiara” qasırğasının gətirdiyi dağıntılardan hələ də özünə gəlməyib. Təbii fəlakət nəticəsində azı yeddi adam həlak olub. Britaniya Meteorologiya Agentliyinin baş meteoroloqu Stiv Remsdeyl deyib: “Şənbə günü leysan yağışlar və külək gözlənilir, amma “Dennis” fırtınası “Kiara”dan zəif olacaq”.

Gözlənildiyinə görə, küləyin gücü saatda təqribən 100 kilometrə çatacaq. Bu isə “Kiuara”nın doğurduğu küləyin şiddətindən 2,5 dəfə zəifdir. Ekspertlər xəbərdarlıq edirlər ki, güclü yağışlar səbəbindən həmin bölgələri su basa bilər.
Bütün həftə ərzində Qərbi Avropada qeyri-sabit hava müşahidə olunacaq.