Türkiyəli məşhur video-blogger Ruhi Çenet “Youtube” kanalı üçün Çin səfərindən sonra Ermənistanın paytaxtı İrəvanda olub.
Unikal.org-un xəbərinə görə, İrəvanda 1 həftə qalan gənc blogger ermənilərə həm Türkiyə, həm də Azərbaycan, Xocalı soyqrımı barədə suallar verib.
Belə ki, ermənilər türk millətinə qarşı açıq nifrətini gizlətməyib. Hətta onlardan biri türkləri heyvan adlandırıb. Xocalı soyqırımını isə soyqırım olmadığını bildiriblər: “10-15 nəfər ölübsə bu soyqırımı ola bilməz”.
Səfəri zamanı R.Çenet bir neçə dəfə polis tərəfindən saxlanılıb, sorğu-sual edilib. Həmin videonu sizə təqdim edirik:
Gülayə Mecid