Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov yenə fiziki hədələrə məruz qaldığını deyib.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Suriyanın İdlib vilayətində hərbi vəziyyətin gərginləşməsinə görə, bundan əvvəl də hədələndiyi söyləyən səfir son günlər bu ifadələrin artdığını deyib.
“Sonuncu hədələr arasında "həyatınla vidalaş", “sizin hərbçilərinizin başından qüllə tikəcəyik” yaxud “tökdüyünü hər damla qana görə cavab verəcəksiniz və s”-deyə səfir deyib.
O, Rusiyanın da ünvanına təhqirlər səsləndiyini də əlavə edib.
“Bütöv ölkə ünvanına bunların səslənməsi cəmiyyətin radikallaşmasından xəbər verir. Bu isə Rusiya-Türkiyə münasibətlərinə ciddi zərər vurur”. Türkiyə səfirin sözlərindən sonra onun təhlükəsizliyini gücləndirib.
Yerxov sələfi Andrey Karlovun 2016-cı ildə Ankarada öldürülməsini yada salıb və bu taleyi yaşamaq istəmədiyini vurğulayıb.