Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 75 min 567, bu virus səbəbindən ölənlər isə 2239 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 889 nəfərin virusa yoluxması faktı qeydə alınıb, 118 nəfər virus səbəbindən ölüb. Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (411 nəfər) və ölüm (115 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.
İndiyədək 18 min 264 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 11 min 633 xəstənin vəziyyəti kirtikdir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 606 min nəfəri müəyyən edib, onlardan 120 mini həkim nəzarətinə alınıb.