Afrikalı qadının iş zamanı başına qorxunc hadisə gəlib.
Unikal.org-un xəbərinə görə, təmizlik işləri görərkən qadının anidən barmağını siçan dişləyib. Əvvəlcə kiçik dişləməyə əhəmiyyət verməyən qadın, hadisədən iki gün sonra vəziyyəti pisləşib və dərhal xəstəxanaya aparılıb.
Belə ki, həkimlərin verdiyi məlumata görə, qan zəhərlənməsindən əziyyət çəkən 36 yaşlı qadın əməliyyat keçirməli olub. Orqan iflası yaşayan qadın zaman ərzində bir neçə əməliyyat keçirtməyə məcbur olub.
Qeyd edək ki, sosial şəbəkə hesabından paylaşım edərək: “Bu günə qədər 66 əməliyyat keçirdim, çox təəssüf hissi keçirdirəm” deyərək yaşamaq uğrunda mübarizə aparan afrikalı qadın bu kimi halların qarşısını tez zamanda almasının vacub olduğunu bildirib.
Gülayə Mecid