“Allah Azərbaycan xalqına bir daha belə faciə yaşatmasın”.
Unikal.org-un xəbərinə görə, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı “Twitter”də paylaşım edib.
“Xocalıda qətlə yetirilən Azərbaycan türkü olan qardaşlarımızı rəhmətlə anıram. Duamız odur ki, Allah bir daha belə faciə yaşatmasın”, - deyə Ə. İmamoğlu qeyd edib.