Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Xocalı soyqırımına aid mahnı bəstələyib.
Unikal.org-un xəbərinə görə, Taekvondo Federasiyasının I vitse-prezidenti, Milli Karate Federasiyasının İdarə Heyətinin üzvü də olan F.Musayevin bəstələdiyi mahnı “Ana Vətən” adlanır.
Mahnının sözləri ona məxsusdur.
Qeyd edək ki, bu mahnını Füzuli Musayev özü ifa edib.