Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis kapitanı Rüstəm Alıyev DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Rayon Şöbəsinə rəis təyin edilib.
O, bundan əvvəl rayonun Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində çalışıb.