Nizami rayonu, Elşən Süleymanov küçəsində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Unikal.org xəbər verir ki, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə sosial obyektin tikintisi məqsədilə tikinti altına düşən 6 müxtəlif cinsli ağacın Dövlət Ekspertiza İdarəsinin rəyi  əsasında köçürülməsinə,  köçürülməsi mümkün olmayan 1 tut ağacının isə götürülməsinə icazə verilib. Ağaclar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən Birliyin Motodrom tinglik sahəsinə köçürülüb, bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.