“Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.
Bu barədə Unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb:
“Bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən bu məsələ ilə bağlı müraciət daxil olmayıb”.