Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Güzdək qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Qəbuldan əvvəl məktəblilərin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.
Unikal.org xəbər verir ki, Güzdək qəsəbəsinin əsas problemlərinin həll olunduğunu, əhalinin lazimi kommunikasiya xətləri ilə təmin edildiyini vurğulayan İ.Gülməmmədova rayonda görülən işlərdən, aparılan quruculuq - abadlıq tədbirlərindən danışıb, bu istiqamətdə olan fəaliyyətin bunan sonra da davam etdiriləcəyini sakinlərin diqqətinə çatdırıb.
Sonra Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Fəxrəddin Orucov və sözügedən qəsəbə bələdiyyəsinin sədri Həsən Hacıağayev hesabat xarakterli çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.
Səyyar qəbulda iştirak edən sakinlər bu cür qəbulların çox effektli olduğunu, qaldırılan problemlərin həll edildiyini önə çəkiblər. Ötən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, problemlərin aradan qaldırıldığını vurğulayaraq çıxışçılar bütün bunlara görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiribdilər. Bununla yanaşı kəndin telefon xəttləri ilə əhatə olunmasında və yeni salınan məhəllələrində küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.