Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirus faktı aşkarlanmış xəstənin son durumu ilə bağlı məlumat yayıb.

Operativ qərargahdan Unikal.org-a bildirilib ki, koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir:

"Heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

Qeyd edək ki, Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktı dünən qeydə alınıb. 1997-ci il təvəllüdlü xəstə xüsusi boks vəziyyətində saxlanılır.