“Xəmsə-M” şirkətinin rəhbəri Mürvət Həsənli uzun illərdir vəkil Aslan İsmayılov arasında yaşanan qalmaqaldan sonra ondan üzr istəyib. 

Unikal.org xəbər verir ki, M.Həsənli şəxsi facebook səhifəsində bu barədə yazıb:

“Aslan İsmayılov, bütün olanlardan dolayı üzr istəyirəm”.


Məsələ ilə bağlı Aslan İsmayılov Unikal.org-a bildirib ki, insan səhvini etiraf edirsə, mənim o adamla heç vaxt işim olmur: “Mənim Mürvət adlı problemim olmayıb və bundan sonra da olmayacaq. Kimlərsə onu bu yola vadar etmişdi”.

Qeyd edək ki, Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında illərdir yaşanan qalmaqal və məhkəmə prossesinə kimi uzanan iş KİV-də “yumurta” qalmaqalı kimi düşmüşdü.  

Elvin Rüstəmov