"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır".
Unikal.org xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV"-yə açıqlamasında deyib.
Emin Hüseyn tövsiyə edib ki, vətəndaşlar kütləvi yerlərdən uzaq olsunlar:
"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar. Ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq