Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb.
N.Abıyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar işdən azad olunub.
Qeyd edək ki, N.Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.