Türkiyədə sünnət toyunda uşaqların gözü qarşısında erotik rəqs edən qadına həbs cəzası verilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə hökmü ilə sözügedən rəqqasəyə 10 ay həbs verilib. Rəqqasə "həyasızcasına hərəkətlər etmək" maddəsi ilə günahkar bilinib.
Asliyə Cəza Məhkəməsində sünnət olunan uşağının anası A.K, atası F.K. və əmisi H.K. Pınar Melli qatılıb. Həmçinin ailənin vəkilləri və Ailə Əmək və Sosial Xidmətlər Nazirliyinin rəsmi şəxsləri iştirak ediblər.
Toya çağrılan və lakin orada oynamayan rəqqaslar G.Y və M.M.-ya cəza verilməyib.
Toyda erotik rəqs edən G.K.-ya isə 10 ay həbs cəzası verilib.