Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 13 mart 2020-ci il tarixində saat 9:00-da Xaçmaz, Quba və Şabran rayonlarının vətəndaşlarını Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Xaçmaz şəhəri, Nəriman Nərimanov 72a, Heydər Əliyev parkı) qəbul edəcək.
Unikal.org-un məlumatına görə, 13 mart 2020-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Qusar rayonunun vətəndaşları ilə Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi), nazir müavini Rauf Hacıyev isə Xızı və Siyəzən rayonlarının vətəndaşları ilə Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti 37) görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 023-323-00-14, 051-594-62-11, 070-232-33-45) xahiş olunur.