Azərbaycan Naminə Demokratiya Hərəkatının (AND) üzvü Fuad Əkbərov İnterpol tərəfindən saxlanılıb.

Unikal.org xəbər verir ki, İnterpol əməkdaşları Almaniyada yaşayan Fuad Əkbərovu bu gün səhər saatlarında Belçikanın paytaxtı Brüsseldə saxlayaraq yerli polisə təhvil veriblər.

Avropada fəaliyyət göstərən AND-ın üzvü olan Fuad Əkbərovun Azərbaycan hökumətinin sorğusu əsasında saxlanıldığı bildirilir. Saxlanma səbəbi hələlik açıqlanmayıb.